“Kişi kişini yarı yolda qoyar?”
17.04.2010 - 23:03
“Emin Quliyevlə birgə fərdi məşq edirik. Düzdür, bu il oynamağıma imkan vermədilər. Amma mənim Azərbaycanda qazanmadığım mükafat yoxdur. Ayın, ilin, həftənin, günün futbolçusu seçilmişəm, ən yaxşı bombardir olmuşam. Daha nə etməliyəm?” Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın "Karvan" klubunun hücumçusu Zaur Ramazanov deyib.
34 yaşlı futbolçu AFFA tərəfindən 2 oyunluq cəzalandırıldığına görə, komandadan ayrı düşüb. O, vəziyyəti heç də yaxşı olmayan "Karvan"a sonadək dəstək olacağını bildirib: "Eminlə birgə Bakıda qalmışıq, rayona getməmişik. Yunis müəllim bizə etimad göstərib, komandasına dəvət edib. Ona sona qədər dəstək verəcəyik. Kişi kişini yarı yolda qoyar?”
Qeyd edək ki, Zaur Ramazanov ikinci dəfə oynadığı "Karvan"da qol hesabını aça bilməyib.

- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
0
0