Venio: Yaddan çıxmaz “Qarabağ”...
17.04.2010 - 23:07
“Komandamız çox əhəmiyyətli qələbə qazandı. Çempionluq uğrunda mübarizədə bu 3 xal bizə hava-su kimi lazım idi”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Venio Moraes Pio deyib.
Unibank Premyer Liqasının XXVIII turunda səfərdə “Qarabağ”ı məğlub edən (4:1) bakılıların braziliyalı yarımmüdafiəçisi bildirib ki, bu görüş onun üçün yaddaqalan olub: “Bilirdik ki, "Qarabağ" öz meydanında məğlub olmur, bu səbəbdən oyuna fərqli əhval-ruhiyyə ilə hazırlaşırdıq. Bu oyun şəxsən mənim üçün də bir məqamla yadda qaldı. "Bakı"nın heyətində ilk qolumu vurdum. Çalışacağam ki, bundan sonra da komandamız üçün faydalı olum. Komandamız öz sözünü deməyi bacardı, başqa cür ola da bilməzdi, çünki biz hər oyuna çempion kimi çıxırıq, bu titulu qoruyacağımıza əminəm”.

- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
0
0