Azərbaycanlı futbolçu Moskvanın “Spartak” klubuna qol vurdu
17.04.2010 - 23:17
Futbol üzrə Rusiya Premyer Liqasında mübarizə aparan klubların əvəzediciləri arasında növbəti oyunlar keçirilib. Apasport.az saytının xəbərinə görə, VI tur çərçivəsində Moskva “Spartak”ını qəbul edən “Saturn” 2:0 hesablı qələbə qazanıb. Meydan sahiblərinin heyətində ikinci qolu həmyerlimiz Emin Mahmudov vurub. 45-ci dəqiqədə fərqlənən lənkəranlı futbolçu matçın sonlarında Semyaçkinlə əvəzlənib.
Digər həmyerlimiz Kərim Diniyev çıxış etdiyi “Terek”in heyətində Moskvanın “Dinamo” klubuna qarşı oynayıb. Qroznı təmsilçisinin 1:0 hesabı ilə qələbə qazandığı görüşdə Diniyev 60-cı dəqiqədə Smirnovun əvəzinə meydana çıxıb.

0
0