Berti Foqts: Sevinirəm ki, “Neftçi” 6 yerli futbolçuya şans verdi
18.04.2010 - 17:13
Unibank Premyer Liqasının XXVIII turunun “Neftçi” – “İnter” görüşünü izləyənlər arasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da olub. Oyundan sonra apasport.az saytına eksklüziv açıqlama verən alman çalışdırıcı mərkəzi görüşlə bağlı fikirlərini bildirib.
Görüşün həqiqətən də maraqlı keçdiyini bildirən Foqts bildirib ki, “Neftçi” klubunun heyətində 6 azərbaycanlı futbolçunu yer almasına sevinir: “Çox maraqlı görüş oldu. Sevinirəm ki, “Neftçi” klubu bu oyunda yerli futbolçulara da şans verdi. 6 yerli oyunçu meydana çıxdı ki, bu da yaxşı haldır”.
Qeyd edək ki, “İnter”lə oyunda “Neftçi” cavid Hüseynovun qolu ilə 1:0 hesablı qələbə qazanıb.

0
0