“Bir komandaya nə qədər uduzmaq olar?”
18.04.2010 - 17:28
“Oyundan qabaq futbolçularla söhbət etmişdik”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Flaqman bu gün Unibank Premyer Liqasının XXVIII turunda “İnter” klubunu 1:0 hesabı ilə məğlub edərək, bürünc medallar və avrokuboklara düşmək şansını saxlayıb. Oyundan sonra keçirilən mətbuat konfransında Əsədov bildirib ki, futbolçulara “İnter”ə bir daha uduzmaq olmamasını çatdırıb: “Bir komandaya nə qədər uduzmaq olar? Futbolçulara dedim ki, bu gün qələbə qazanmalıyıq. İstədiyimizə nail olduq. Həm də, əsas odur ki. bu gün 6 azərbaycanlı futbolçu meydana çıxmışdı”.

- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0