“Onların klubla müqaviləsi var, motivasiya ilə yox”
18.04.2010 - 18:17
“Mən bütün futbolçulara şans verirəm. Ötən tur Salyandakı oyundan fərqli, bu dəfə ehtiyatda qalan futbolçuları da meydana buraxdım”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanova məxsusdur.
Unibank Premyer Liqasının XXVIII turunda Sumqayıtda “Standard” üzərində qələbə qazanan (1:0) “təyyarəçilər” ikinci “altılıq”da liderliyə yüksəldi. Oyundan sonra keçirilən mətbuat konfransında Süleymanov bildirib ki, ikinci “altılıq”da gərgin mübarizə gedir: “Əgər uduzsaydıq, rəqiblər xal fərqini azaldacaqdı. Uşaqlar verdiyim tapşırıqları yerinə yetirdilər və qələbə qazanaraq, buna şans vermədilər. Ola bilər ki, kənardan futbolçuların motivasiyası yaxşı təsir bağışlamasın. Ancaq onların komanda ilə müqaviləsi var, motivasiya ilə yox”.

- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0