“Yarımfinaladək irəliləməyimiz, nədənsə xəbər verir”
18.04.2010 - 23:01
“Belə bir məsəl var i, “iştah dil altındadır”. Şansdan istifadə etmək lazımdır. Yarımfinala qədər irəliləmişiksə, bu nədənsə xəbər verir. İnanıram ki, öz oyunumuzu oynasaq, sonacan əzmkarlıq nümayiş etdirsək, niyə də finala vəsiqə qazanmayaq?” Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
İkinci “altılıq”da mübarizə aparan “təyyarəçilər” ölkə kubokunda da mübarizəsini davam etdirirlər. Komandanın baş məşqçisi Nazim Süleymanov ölkə kubokunun yarımfinalında qarşılaşacaqları “Xəzər-Lənkəran”ın güclü komanda olduğunu, ancaq bütün diqqətlərini Unibank Premyer Liqasına yönəltdiklərini bildirib: “Xəzər-Lənkəran” güclü komandadır. Ancaq biz hazırda bu haqda yox, qarşıdakı “Simurq”la oyun barədə fikirləşirik. Həmin oyundan sonra “Xəzər-Lənkəran”la oyuna diqqəti yönəldəcəyik”.
Süleymanov “Xəzər-Lənkəran”la oyuna ikinci planda saxlamasını ikinci “altılığ”ın oyunlarının gərgin keçməsi ilə əlaqələndirib: “Gözləmədiyimiz halda səfərdə “Muğan”a məğlub oluruq, “Standard”ı uduruq. İkinci “altılıq”da da gərgin mübarizə gedir. Xal ehtiyatımızı bir qədər də yaxşılaşdırmalıyıq”.

0
0