Berti Foqts “Neftçi”nin daha bir futbolçusunu milli komandaya çağırdı
18.04.2010 - 23:03
Bu gün Azərbaycan milli komandasının növbəti seleksiya xarakterli təlim-məşq toplanışı başlayır. Apasport.az saytının xəbərinə görə, aprelin 22-dək paytaxt Bakıda keçiriləcək toplanışa daha bir futbolçu cəlb edilib.
“Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqov zədələndiyi üçün bu toplanışda iştirak etməyəcək. Əvəzində “Neftçi” komandasının müdafiəçisi Ruslan Əmircanov millinin hazırlıq prosesinə dəvət olunub. Əmircanovdan öncə flaqmandan yığmaya Rail Məlikov, Ruslan Abışov və Cavid Hüseynov çağırılıb.
Xatırladaq ki, Əmircanov əvvəllər də yığmaya cəlb edilib. Foqts onu 2008-ci ildə Bosniya və Andorra ilə görüşlərə dəvət etsə də, futbolçu yalnız andorralılarla qarşılaşmada meydana çıxmaq şansı qazanmışdı.

- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0