Vüqar Nadirov yenə ofsaydda
19.04.2010 - 10:16
Azərbaycan yığmasının heyətində növbəti dəyişiklik olub. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Qarabağ”ın hücumçusu Vüqar Nadirov zədəli olduğu üçün milli komandanın bu gündən başlayan seleksiya xarakterli təlim-məşq toplanışında iştirak etməyəcək.
23 yaşlı hücumçu eyni səbəbdən yığmamızın ötən həftə Bakıda keçirilən toplanışından da kənarda qalmışdı. Həmin vaxt sağlıq durumunda problemi olan “Qarabağ”ın yarımmüdafiəçi Rəşad Sadiqov da seleksiya xarakterli toplanışı buraxacaq.
Belə ki, baş məşqçi Berti Foqts son turda “Bakı” ilə ev oyununda zədələnən Rəşadın əvəzinə milli komandaya “Neftçi”nin müdafiəçisi Ruslan Əmircanovu çağırıb.

- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0