Bülənt Korkmazdan acı etiraf: Mən “Bakı”dan getmək istəmirdim
13.05.2010 - 15:49
“Azərbaycanda çətinliklər olacağını bilirdim. Çünki orada peşəkar liqa yox idi. Daha doğrusunu söyləmək lazımdırsa, ümumiyyətlə, heç nə yox idi. Nə baza, nə məşq sahəsi... Bunu bilə-bilə getdim, çünki orada bunları təşkil etsəydik, daha xoşbəxt olacaqdım”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Korkmaz deyib.
Son ölkə çempionunu yarım il çalışdıran 42 yaşlı türkiyəli mütəxəssis ilk vaxtlarda çox çətinliklərinin olduğunu söyləyib. Türkiyə mətbuatına müsahibəsində Korkmaz bildirib ki, azərbaycanlılarla nə yaxın olsalar da, bir o qədər fərqlidirlər: “Nə qədər eyni dilli danışırıq kimi görünsə də, Azərbaycanda fərqli sözlər və fərqli mədəniyyət var. Davranışda da fərqli insanlarıq. Amma ümumi mənada “Bakı”da işimin çox məhsuldar və çox gözəl keçdiyini deyə bilərəm. Çox şey öyrətdiyimizə inanıram. Ora gedəndə klub prezidenti ilə üç prioritetdən bəhs etdim. Birincisi, baza idi ki, mən ayrılmazdan 15 gün əvvəl bununla bağlı işlər tamamlandı və açılış oldu. Məşqlərimizi təbii ot örtüyündə etməyə başladıq ki, getdiyim gündən baza açılanadək orada məşq etməmişdik. Həmişə süni meydanda çalışırdıq. Üç meydança vardı və bunların arasında gedib-gəlirdik. Məşq məhsuldarlığı təmin edə bilmirdik və bazanın əhəmiyyətli olduğunu söylədik”.
Klub rəhbərliyin ondan xəbərsiz yığıncaq keçirməsindən narazı qalan türkiyəli mütəxəssis mövsümün sonunda getmək istəyirmiş: “Mövsüm bitməmiş ayrıldım. Təəssüf edirəm, çünki orada əmək sərf etdik. Bir cücərtini ağac halına gətirməyə başladıq. Tam nemətləri yığacaqdıq, amma olmadı. Mən çox yaxşı bir komanda buraxdım. Premyer Liqanın bitməsinə 8 oyun vardı. Həm çempion olacaq, həm də kuboku qazana biləcək bir komanda yaratmışdıq. Mövsümü bitirib, ayrılmaq istəyirdim”.
Korkmaz “Qarabağ” və “Qəbələ”də uşaq futbolunun inkişafı üçün çalışan təcrübəli həmyerliləri Sərpil Həmdi Tüzün və Əli Yavaşın gördükləri işləri qeyd edib: “Oradakı əskikləri bizim kimi Türkiyə futbolundan gələn insanlar qaldırır. Etdiyimiz fərqli şeylərin doğruluğu ortaya çıxınca, bəyənirlər. Azərbaycana səs gətirdik. Mənim üçün böyük və fərqli bir təcrübə oldu. Bunun yaşanması lazım imiş və yaşadım. Orada futbolçuların mentaliteti Səpil müəllimin söylədiyi kimidir. Amma bir də mətbuat tərəfi var ki, onlar da məsələn yerli adları, öz məşqçilərini, futbolçularını əsla tənqid etməzlər. Bizdə legionerləri tənqid edirlər. Səhvin ən böyüyü buradadır. Məsələn, burada yeri gələndə öz oyunçularımızı və müəllimlərimizi də çox tənqid edirik. Amma Azərbaycanda vəziyyət belə deyil. Yaxşı getsən də, tənqid edirlər. Orada həqiqətən bir neçə adamı inanılmaz bəyənirlər. Futbolun sadə yox, lazım olan bir oyun olduğunu bilmirlər. Amma Türk futbolunu, filmlərini yaxından izləyirlər. Yəni, Türkiyə ilə əlaqədar çox yüksək səviyyədədir”.
“Bakı”nın sabiq çalışdırıcısı hər oyunda 100-200 azarkeş üçün oynadıqlarını bildirib: “Bu öz meydanımızda da belə idi, səfərdə də. Orada Lənkəran adlı şəhərdə isə oyunlarda 10-15 min tərəfdar olur. Digərlərində çox az idi. Amma Türkiyədəki bütün futbolçuları, məşqçiləri, rəhbərləri belə hamısı yaxından tanıyır. Orada tərəfdarın Azərbaycan yox, Türk futboluna marağı var. Məsələn, Bakıda reklam lövhələrində üzərində "Milli futbolçularımızı tanıyaq" adlı elanlar yazırlar. Ora futbolçuların şəkillərini qoyurlar. Öz oyunçularını belə tanımırlar”.
Korkmaz milli komandamızın baş məşqçisi Berti Foqtsla Azərbaycan futbolu mövzusunda görüşündən də danışıb: “Foqtsun özü mənə “Bakı”ya gəlməyimdən çox xoşbəxt olduğunu söylədi. "Sizin kimi önəmli adamın Azərbaycana gəlməsi bu ölkənin futbolunun inkişafı baxımından çox əhəmiyyətlidir" dedi. Foqts etdiyimiz işləri yaxından izlədi. Amma digər baş məşqçilərlə imkan olmadığı üçün görüşə bilmədik. “Muğan” adlı komanda Bakıdan 150 km məsafədə qərarlaşsa da, məşqlərini paytaxtda edir. “Qarabağ” məşqlərini yenə Bakıda edir ki, təmsil etdiyi məkanına 400 kilometr məsafə var. Bakıda qalırlar və oyundan bir-iki gün əvvəl Ağdama gedirlər”.

0
0