Bitən həsrət, dolan kolleksiya və ilk mükafat
17.05.2010 - 23:13
Bitən həsrət, dolan kolleksiya və ilk mükafat
Unibank Premyer Liqasının başa çatması ilə “Qarabağ” klubunun 6 illik həsrətinə son qoyulub. Apasport.az saytının məlumatına görə, son ölkə kubokunun qalibi 2004-cü ildən bu yana çempionatın medalçısı ola bilmirdi.

Ağdam təmsilçisi bu müddətdə iki titul, Azərbaycan kubokunu qazansa da, medalçılar sırasında düşməmişdi. Komanda sonuncu dəfə buna İqor Ponomaryovun baş məşqçiliyi dövründə bürünc mükafat qazanmaqla nail olmuşdu. Yenə 3-cü yeri tutan “Qarabağ” 38 yaşlı baş məşqçisi Qurban Qurbanovla uğura imza atdı. Əyalət klubu vaxtilə ölkə daxili bütün mükafatlara, yəni qızıl, gümüş, bürünc medal və ölkə kubokuna sahib çıxıb. 2006-cı ildən məşqçiliyə başlayan Qurbanov isə indiyədək “Qarabağ”la ölkə kuboku, “Neftçi” ilə gümüş medal qazanıb. Yəni, Qurbanov tam keçirdiyi mövsümləri adətən mükafatla başa vurur.

“Bakı” gümüş medalçı olmaqla, mükafat kolleksiyasını doldurdu. 2004-cü ildən çıxış edən komanda buna kimi çempion, kubok və bürünc medal qazanmışdı ki, çatışmayan yalnız gümüş idi. “Zolaqlılar” sonuncu mükafata 35 yaşlı türkiyəli baş məşqçisi Cüneyt Biçərlə nail oldular. İki ay öncə komandanın sükanı arxasına keçən Biçər həm də təcrübəli həmyerlisi Rasim Karanın uğurunu təkrarladı. Belə ki, çempionatımızda mükafat qazanan ilk əcnəbi mütəxəssis 2005-ci ildə “Xəzər-Lənkəran”ı çalışdırmış Karadır. Onlarla yanaşı, medalçılar ukraynalılar - Valentin Xodukin (“İnter”, qızıl və gümüş), Anatoli Demyanenko (“Neftçi”, bürünc), Roman Pokora (“Simurq”, bürünc), makedoniyalı Qyoko Hacıyevski (“Bakı”, qızıl) olub.

Son qızıl medala gürcüstanlı Kaxaber Sxadadze sahib çıxdı. Bununla, “İnter”in 42 yaşlı çalışdırıcı ölkəmizdə işlədiyi iki il yarımda ilk mükafatını qazandı. Belə ki, Sxadadze “Standard” klubunu çalışdırdığı zaman komandası ortabab olmuşdu. “İnter” isə bu adla çıxış etdiyi 6 ildə iki dəfə qızıl, bir dəfə gümüş medalla kifayətlənib. Yəni “bankirlər” hələ ki bürünc medalçı və Azərbaycan kubokunun sahibi olmayıb.

Qeyd edək ki, son üç ildə çempionlarımız bir qayda olaraq, “İnter” və “Bakı” olur. Yəni, paytaxt təmsilçiləri çempionluqları bir-birlərinə təhvil verirlər, başa çatan Unibank Premyer Liqasında isə yerlərini dəyiş-düyüş etdilər. Ümumiyyətlə, son üç ildə ən yüksək əyarlı medallar sayılan qızıl və gümüş mükafat Bakıda qalır.

mövsüm

çempion

II yer

III yer

1992

“Neftçi” (Bakı)

“Xəzər” (Sumqayıt)

“Turan” (Tovuz)

1993

“Qarabağ” (Ağdam)

“Xəzər” (Sumqayıt)

“Turan” (Tovuz)

1993/94

“Turan” (Tovuz)

“Qarabağ” (Ağdam)

“Kəpəz” (Gəncə)

1994/95

“Kəpəz” (Gəncə)

“Turan” (Tovuz)

“Neftçi” (Bakı)

1995/96

“Neftçi” (Bakı)

“Xəzri” (Buzovna)

“Kəpəz” (Gəncə)

1996/97 (AFFA-nın versiyası)

“Qarabağ” (Ağdam)

“Neftçi” (Bakı)

“Xəzri” (Buzovna)

1996/97
(UEFA-nın versiyası)

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

“Xəzri (Buzovna)

1997/98

“Kəpəz” (Gəncə)

“Dinamo” (Bakı)

“Şəmkir” (Şəmkir)

1998/99

“Kəpəz” (Gəncə)

“Şəmkir” (Şəmkir)

“Neftçi” (Bakı)

1999/2000

“Şəmkir” (Şəmkir)

“Kəpəz” (Gəncə)

“Neftçi” (Bakı)

2000/01

“Şəmkir” (Şəmkir)

“Neftçi” (Bakı)

“Viləş” (Masallı)

2003/04

“Neftçi” (Bakı)

“Şəmkir” (Şəmkir)

“Qarabağ” (Ağdam)

2004/05

“Neftçi” (Bakı)

“Xəzər-Lənkəran” (Lənkəran)

“Karvan” (Yevlax)

2005/06

“Bakı” (Bakı)

“Karvan” (Yevlax)

“Neftçi” (Bakı)

2006/07

“Xəzər-Lənkəran” (Lənkəran)

“Neftçi” (Bakı)

“Bakı” (Bakı)

2007/08

“İnter” (Bakı)

“Olimpik” (Bakı)

“Neftçi” (Bakı)

2008/09

“Bakı” (Bakı)

“İnter” (Bakı)

"Simurq” (Zaqatala)

2009/10

“İnter” (Bakı)

“Bakı” (Bakı)

“Qarabağ” (Ağdam)