“İnter” Çempionlar Liqasının qalibi oldu
23.05.2010 - 00:35
Çempionlar Liqasının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin finalında “Bavariya” (Almaniya) və “İnter” (İtaliya) üz-üzə gəlib.
İspaniya paytaxtı Madriddəki möhtəşəm “Santyaqo Bernabeu” stadionunda baş tutan qarşılaşmada “İnter” qələbə qazanıb. İtaliya təmsilçisi argentinalı hücumçusu Dieqo Militonun dublu sayəsində, 45 ildən sonra tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi olub.
Finala gedən yol
“Bavariya”:
Qrup mərhələsi: 3 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət (A qrupunda 2-ci yer)
1/8 final: “Fiorentina”: evdə 2:1, səfərdə 2:3
1/4 final: “Mançester Yunayted”: evdə 2:1, səfərdə 2:3
1/2 final: “Lion”: evdə 1:0, səfərdə 3:0.
“İnter”:
Qrup mərhələsi: 2 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət (F qrupunda 2-ci yer)
1/8 final: “Çelsi”: evdə 1:0, səfərdə 1:0
1/4 final: “SSKA”: evdə 2:1, səfərdə 2:3
1/2 final: “Barselona”: evdə 3:1, səfərdə 0:1.
Maraqlı məqamlar:
“Bavariya”nın baş məşqçisi Lui Van Qal 1995-ci ildə Çempionlar Liqasının finalında medal qızıl qazanıb. “İnter”in portuqaliyalı çalışdırıcısı Joze Maurinyo 2004-cü ildə “Portu” ilə bu sevinci yaşayıb.
“Bavariya” indiyədək 28 dəfə İtaliya klubları ilə görüşüb: 9 qələbə, 7 heç-heçə və 12 məğlubiyyət.
“İnter” də indiyədək 28 dəfə İspaniya klubları ilə üz-üzə gəlib: 13 qələbə, 8 heç-heçə və 7 məğlubiyyət.
“Bavariya” (Almaniya) - “İnter” (İtaliya) - 0:2
QOLLAR: Dieqo Milito, 35; 70
Hakimlər: Hovard Uebb, Mihael Mallarki və Darren Kenn (hamısı İngiltərə)
Stadion: “Santyaqo-Bernabeu”

0
0