Nazir oğlu “Bakı”dan razı qaldı - MÜSAHİBƏ
23.05.2010 - 00:17
Nazir oğlu “Bakı”dan razı qaldı - MÜSAHİBƏ
“Bakı” klubunun fəxri prezidenti, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun müsahibəsi

- Mövsümü “Bakı” klubu üçün uğurlu saymaq olarmı?
- Mən çox uğurlu sayıram. Bu adi sözlər deyil. Təcrübədə də gördük ki, “Bakı” Unibank Premyer Liqasını gümüş medallarla başa vurdu. Bu, uğurlu nəticədir.

- Hətta sabahkı (bu günkü –red) oyunun nəticəsindən asılı olmayaraq?
- Bəli.

- “Bakı” 5 futbolçu ilə müqaviləni uzatdı. Stevan Bateslə də razılıq əldə olunub. Bəs transfer çalışmaları nə yerdədir. Konkret siyahı varmı?
- Konkret siyahımız yoxdur. Amma elə düşünməyin ki, əlimizi yanımıza salacağıq. Əksinə növbəti mövsümdə daha yaxşı çıxış etmək, ən əsası Azərbaycanı Avroliqada uğurla təmsil etmək üçün “Bakı”ya xeyir vermək iqtidarında olan səviyyəli futbolçuları transfer etmək niyyətindəyik.

- Yeri gəlmişkən, bu il komandanın qarşısında Avroliqada hansı vəzifələr qoyulub?
- “Bakı” həmişə iddialı klub olub. İstər ölkədə, istərsə də, Azərbaycandan kənarda. İstəyirik ki, builki çıxışımız ötən ilki ilə müqayisədə daha yaddaqalan olsun. Klub rəhbərliyi, futbolçular, hamımız əlimizdən gələni edəcəyik ki, bunun öhdəsindən gələ bilək.

Mənbə: fcbaku.com