“Xəzər-Lənkəran”a uduzsaq, bir o qədər də üzülməyəcəyəm”
23.05.2010 - 00:26
“Final matçından yalnız qələbə gözləyirəm. Kuboku itirmək istəmirəm, amma tam səmimi deyirəm, uduzsaq belə, buna bir o qədər də üzülməyəcəyəm. Çünki Azərbaycanda 4-5 iddialı klub var ki, onlardan biri də “Xəzər-Lənkəran”dır”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.
Paytaxtın eyniadlı komandası bu gün Azərbaycan kubokunun final görüşündə “Xəzər-Lənkəran”la qarşılaşacaq. Həlledici qarşılaşma ilə bağlı klubun saytına açıqlama verən Məmmədov bildirib ki, kuboku qazanacaqlarına ümid edir: “Rəqib komanda da Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görürlər. Amma yenə də ümid edirəm ki, kubok bizim olacaq”.
Qeyd edək ki, “Bakı” – “Xəzər-Lənkəran” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.

- Moriyasu məsuliyyəti üzərinə götürdü - Yaponiya xalqından üzr istədi
- Niko Paz qərarını verdi - “Komo”da qalacaq
- Kazemirodan qol və mükafat - Braziliyalı matçın oyunçusu seçildi
- “Beşiktaş” “Barselona”nın futbolçusunu istəyir: Agentlə əlaqə saxlanıldı
- Səudiyyə Ərəbistanında istefa - Federasiya prezidenti postunu tərk etdi
0
0