“Bakı” kuboku da “Xəzər-Lənkəran”ın əlindən aldı
23.05.2010 - 21:31
Bu gün XVIII Azərbaycan kubokunun final oyunu keçirilib. Apasport.az saytının xəbərinə görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Xəzər-Lənkəran"la qarşılaşan "Bakı" rəqibini 2:1 hesabı ilə məğlub etməklə, tarixində ikinci dəfə bu titula sahib çıxıb. Əsas vaxtı 0:0 hesablı heç-heçə ilə başa çatan oyunun 95-ci dəqiqəsində "Bakı"nın heyətində Vyaçeslav Sofroni və 102-ci dəqiqəsində Aleksandar Şoliç fərqlənib. "Xəzər -Lənkəran"ın təsəlli qolunu isə Elvin Beçiri vurub - 2:1.
Qeyd edək ki, bu rəqiblər son bir həftədə ikinci həlledici oyunu olub. Bir həftə əvvəl komandaların Lənkərandakı oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Nəticədə “Xəzər-Lənkəran” çempionluq şansını əldən verməklə yanaşı, 4-cü pilləyə düşdü.
“Bakı” bu dəfə də qalib gəlməklə, qızıl medallar kimi, kuboku da cənub təmsilçisinin əlindən alıb. Paytaxt komandası Avroliqada mübarizəyə II, “Xəzər-Lənkəran” isə I təsnifat mərhələsindən başlayacaq.
“Bakı” - “Xəzər-Lənkəran” - 2:1
QOLLAR: Vyaçeslav Sofroni, 95; Aleksandr Soliç, 102 - Elvin Beçiri, 120
Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Elçin Məmmədov
“Bakı”: Marko Şarliya, Srevan Bates, Ernad Skuliç, Adnan Bərəkət, Elvin Əliyev (k), Cəmşid Məhərrəmov, Fabio Luis Ramim, Bəxtiyar Soltanov, Aleksey Savinov, Aleksandr Soliç, Jaba.
Ehtiyat oyunçular: Xalidu Sissoko, Rafael Əmirbəyov, Mahmud Qurbanov, Vyaçeslav Sofroni, Venio Moraes, Əziz Quliyev, Saşa Yunisoğlu.
Klub rəhbəri: Cüneyt Biçər.
“Xəzər Lənkəran”: Kamran Ağayev (k), Elvin Beçiri, Dieqo Souza, Ruslan Poladov, Allan Lalin, Rahid Əmirquliyev, Emeka Opara, Radomir Todorov, Kristian Kabral, Devran Ayhan, İvan Pexa.
Ehtiyat oyunçular: Dmitri Kramarenko, Tixon Şişov, İvan Svetkov, Ceyhun Sultanov, Alim Qurbanov, Denis Kalinkov, Mario Souza.
Baş məşqçi: Ağasəlim Mircavadov.
95-ci dəqiqədə maraqlı epizod yaranır. Meydan sahiblərinin futbolçusu zədələndiyi üçün görüşü saxlayır. Matçı davam etdirmək üçün baş hakimin meydana atdığı mübahisəli topu Sofroni birbaşa qapıya göndərdi. Ağayev çox qabağa çıxdığından, topu tuta bilmədi və hakim hesabın açıldığını bildirdi.

0
0