Rövnəq Abdullayev: Növbəti çempionatı daha yüksək səviyyədə keçirəcəyik
24.05.2010 - 09:25
“Ölkə prezidentinin dəstəyi sayəsində Azərbaycan Kuboku və Premyer Liqanı layiqincə keçirdik. Məncə, final oyununda gərgin mübarizə getdi. Kubokun sahibi "Bakı"nı təbrik edirəm. Bildiyiniz kimi, bu il dörd komandamız avrokuboklarda qüvvələrini sınayacaqlar. İnanıram ki, biz Avropada yaxşı oynayacağıq. Eyni zamanda, gələn il çempionatı bundan da yüksək səviyyədə keçirəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Abdullayev dünən kubokun finalını canlı izləyib. O, bildirib ki, oyunda ədalətli oyun qaydalarına riayət olunub: "Bu gün tribunaya 25 min nəfərdən çox adam gəlmişdi. Bu, azarkeşlərin futbola inamından irəli gəlir. Birinci qolun təkrarına baxdım. Top “Xəzər-Lənkəran” qapıçısının böyük səhvindən sonra qapıdan keçdi. Onu hesaba almamaq olmazdı. "Bakı"nın futbolçusu “Fair Play” qaydalarına uyğun olaraq, topu qapıçıya göndərdi. Amma qapıçı öz növbəsində səhvə yol verdi. Bundan sonrakı qollar oyunun ədalətli keçməsini göstərdi”.
Qeyd edək ki, “Bakı” dünən Tofiq Bəhramov adına Respublika stadionunda "Xəzər-Lənkəran"ı 2:1 hesabı ilə məğlub edərək, ikinci dəfə Azərbaycan Kubokunu qazanıb.

0
0