“Bakı” Mehmet Yılmazla maraqlanır
24.05.2010 - 09:32
Türkiyə yığmasının sabiq futbolçusu Mehmet Yılmaz karyerasını “Bakı” klubunda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, məşhur “Trabzonspor” klubundakı çıxışları ilə tanınan 31 yaşlı hücumçu paytaxt təmsilçisinin maraq dairəsindədir.
Son komandası “Əskişəhərspor”la yollarını ayıran Yılmaz bir neçə yerli və əcnəbi klublardan təklif alıb. Türkiyənin “Gənclərbirliyi”, “Manisaspor”, “Qaziantepspor”, həmçinin Yunanıstanın “Larisa” və Rusiyanın “Saturn” klubları da hücumçunu ələ keçirmək üçün “Bakı”ya rəqib olublar.
Qeyd edək ki, milli komandada 1 oyun keçirən Mehmet 2002-06-cı illərdə “Trabzonspor”un şərəfini qoruyub. O, bu komandada 96 matça 24 qol vurub.

0
0