Rumıniyalı məşqçi Azərbaycan yığmasını ərəblərlə müqayisə etdi
24.05.2010 - 09:51
“Mən Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri milliləri ilə oyunlarda bütün futbolçuların meydana çıxmasına çalışacağam. Onlar yığmada oynamağın məsuliyyətini hiss etməlidirlər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moldova yığmasının baş məşqçisi Qabi Balint deyib.
Avstriyada təlim-məşq toplanışında mayın 26-da Azərbaycan, 29-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilə yoldaşlıq görüşü keçirəcək moldovalılar vətənlərində bir neçə gündür hazırlığa başlayıb. Balint Avstriyaya səfər öncəsi bildirib ki, nəzərində 50-yə yaxın futbolçu var: “Onlar Moldovada oynayanları da daxil etsək, ustalıq səviyyəsinə görə təxminən eynidirlər. Buna görə də mən növbəti oyunlarda rəqibləri seçən, istədiyi vaxt meydana çıxanlara yox, yığmada oynamağı daha ürəkdən istəyənlərə üstünlük verəcəyəm. Vəzifəm komandanın özəyini yaratmaqdır. Onun ətrafında bütün yığma formalaşacaq. Milli komanda istənilən futbolçu üçün vizit vərəqəsidir. Burada pul ikinci dərəcəli rol oynayır. Misal üçün bu, Rumıniya yığmasında oynadığımız zamanı da mənim üçün belə idi”.
Rumın mütəxəssis Azərbaycan və BƏƏ yığmalarını müqayisə edib: “Bu yığmalar təxminən eyni səviyyəlidirlər. Buna görə də mən futbolçularımı həmin rəqiblərlə görüşlərdə yalnız qələbəyə səsləyəcəyəm. Ancaq əsas məqsədimiz Avropa çempionatının seçmə mərhələ oyunlarına layiqli hazır olmaqdır. Fikrimcə, mən öz köməkçilərim və yığmada bütün namizədlərlə birgə qarşıya qoyulan vəzifələrin yerinə yetirmək üçün mümkün olar hər şeyi edəcəyik”.

0
0