Qus Hiddink azərbaycanlı futbolçuya zamin durdu
09.06.2010 - 14:40
Qus Hiddink azərbaycanlı futbolçuya zamin durdu
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink “Qalatasaray” klubunun futbolçusu, əslən azərbaycanlı Sərvət Çətinə zamin durub. Apasport.az saytının məlumatına görə, hollandiyalı çalışdırıcı həmyerlisi Frank Raykaardan mərkəz müdafiəçisinin “Cim Bom”da qalmasını xahiş edib. Ötən mövsümün ikinci yarısında Sərvəti ehtiyatda oturdan Raykaard rəhbərliyə verdiyi raportda onun satılmasını istəyib. Hiddink isə ABŞ-da keçirdiyi üç yoldaşlıq görüşündə hər birində sona kimi oynatdığı Çətinin “Qalatasaray”dan getməsini arzulamır: “Sərvətin qalması həm “Qalatasaray”, həm də milliyə faydalı olar. O, çox səviyyəli futbolçudur”.

Raykaardın isə bir sıra xarici klubların hədəfində olan Sərvətlə bağlı fikri belədir: “O, müdafiədə istədiyim şəkildə oyun qurmur. Topu yanındakı komanda yoldaşına düzgün vermir”.