1986-cı ilin yayında II Bundesliqa təmsilçisinin baş məşqçisi təyin olunan Şaferdən güclülər dəstəsinə çıxmaq tələb olunurdu. Lakin mövsümə uğursuz başlayan gənc mütəxəssis 0:8-in də “dadına baxdı”. Bu darmadağın “Saarbrükken”lə matça təsadüf etdi. Məşqçiyə sonadək etimad göstərən rəhbərlik bunun bəhrəsini gördü. Çempionatı ardıcıl 10 qələbə ilə bitirən “Karlsrue” finişə bir tur qalmış Bundesliqaya yüksəldi.
Maraqlıdır ki, ardıcıl 11 il ən güclülər arasında çıxış edən “Karlsrue” bu müddətdə baş məşqçisini dəyişmədi. Komanda 1997/98 mövsümündə məhz Şaferin rəhbərliyi altında aşağı dəstəyə yuvarlanıb. Artıq kifayət qədər təcrübə toplayan Şaferdə elə o vaxt 12 illik “Karlsrue” karyerasına son qoyub. Əslində, bir məşqçinin eyni klubda 12 il çalışması da diqqətçəkən məqamlardandır. Bu müddətdə onun ən yüksək nəticəsi 6-cı yer olub.
mövsüm | çempionat | Yer |
1986/87 | II bundesliqa | 2 |
1987/88 | Bundesliqa | 15 |
1988/89 | Bundesliqa | 11 |
1989/90 | Bundesliqa | 10 |
1990/91 | Bundesliqa | 13 |
1991/92 | Bundesliqa | 8 |
1992/93 | Bundesliqa | 6 |
1993/94 | Bundesliqa | 6 |
1994/95 | Bundesliqa | 8 |
1995/96 | Bundesliqa | 7 |
1996/97 | Bundesliqa | 6 |
1997/98 | Bundesliqa | 16 |
Şaferin “Karlsrue”dəki xidmətləri həm də onun Almaniya futboluna bəxş etdiyi super ulduzlarla ölçülür. Onlar arasında əfsanəvi Oliver Kann və Mehmet Şoll da var. 1987-ci ildə peşəkar karyerasını Şaferin rəhbərliyi altında başlayan Kann 1994, əsas komandaya 2 il sonra düşən Mehmet isə 1992-ci ilədək bu klubun uğurları üçün çalışıb. Məhz “Bakı”nın baş məşqçisinin rəhbərliyi altında püxtələşdikdən sonra onlar “Bavariya”ya yollanıblar. Əslində, komandanın aşağı dəstəyə düşməsi də səbəbsiz deyildi. Şaferin rəhbərliyi altında parlayıb üzə çıxan Yens Novotnı (“Bayer”), Torsten Fink, Mixael Tarnat (hər ikisi “Bavariya”) kimi ulduzların “Karlsrue”ni tərk etməsi nəticələrdə də öz əksini tapdı.
Ölkəmizə gələn yeni mütəxəssisin “Karlsrue” tarixindəki danılmaz xidməti isə klubun ilk dəfə avrokuboklarda oynaması ilə bağlıdır. Ümumiyyətlə bu klub tarixi ərzində yalnız bir məşqçinin rəhbərliyi altında qitə səhnəsinə çıxıb. Bu da təbii ki, Şaferdir. Onun yetirmələri 4 mövsüm ərzində avrokuboklarda ümumilikdə 38 oyun keçirib: 18 qələbə, 13 heç-heçə, 7 məğlubiyyət, top fərqi – 67:38.
1993-cü ildə Almaniyada 6-cı olan klub növbəti il UEFA kubokunda debüt etdi. Amansız püşk debütantı növbə ilə PSV, “Valensiya”, “Bordo” kimi böyük komandalarla üz-üzə qoysa da, Şafer və Kanlı komanda bu sədləri adlaya bildi. Özü də valensiyalıları cavab oyununda 7:0 hesabı ilə məğlub etməklə. Şaferin komandası avrokuboklardakı ilk mövsümdə yarımfinala qədər irəliləməyə də müvəffəq olub. Burada da yalnız öz meydanında buraxdığı qol almaniyalıların əleyhinə işləyib.
mövsüm | turnir | Mərhələ | Rəqib | hesab |
1993/94 | UEFA kuboku | 1/32 final | PSV (Hollandiya) | 2:1, 0:0 |
|
| 1/16 final | “Valensiya” (İspaniya) | 1:3, 7:0 |
|
| 1/8 final | “Bordo” (Fransa) | 0:1, 3:0 |
|
| 1/4 final | “Boavişta” (Portuqaliya) | 1:1, 1:0 |
|
| 1/2 final | “Austriya” (Zalsburq, Avstriya) | 0:0, 1:1 |
1995/96 | İntertoto kuboku | Qrup | “Orxus” (Danimarka) | 3:0 |
|
|
| “Bazel” (İsveçrə) | 3:2 |
|
|
| “Şeffild uensdey” (İngiltərə) | 1:1 |
|
|
| “Qurnik” (Polşa) | 6:1 |
|
| 1/4 final | “Arau” (İsveçrə) | 2:1, əlavə vaxtda |
|
| 1/2 final | “Bursaspor” (Türkiyə) | 3:3, pen.2:3 |
|
| final | “Bordo” (Fransa) | 0:2, 2:2 |
1996/97 | İntertoto kuboku | qrup | “Universtatya” (Rumıniya) | 1:0 |
|
|
| “Spartak” (Slovakiya) | 1:1 |
|
|
| “Çukariçki” (Serbiya) | 3:0 |
|
|
| “Dauqava” (Latviya) | 2:1 |
|
| 1/2 final | “Lyers” (Belçika) | 3:2, 2:0 |
|
| Final | “Standard” (Belçika) | 0:1, 3:1 |
| UEFA kuboku | 1/32 final | “Rapid” (Rumıniya) | 0:1, 4:1 |
|
| 1/16 final | “Roma” (İtaliya) | 3:0, 1:2 |
|
| 1/8 final | “Brondbü” (Danimarka) | 3:1, 0:5 |
1997/98 | UEFA kuboku | 1/32 final | “Anartosis” (Kipr) | 2:1, 1:1 |
|
| 1/16 final | “Mets” (Fransa) | 2:0, 1:1 |
|
| 1/8 final | “Spartak” (Moskva, Rusiya) | 0:0, 0:1, əlavə vaxtda |
Azərbaycan kubokunun qalibi olan “Bakı”dan fərqli, Şaferin “Karlsrue”si ölkə kubokunda zəfər çalmayıb. Onların ən böyük uğuru 1995/96 mövsümündə finalda oynamaq olub. Həlledici qarşılaşmada onlar “Kayzerslautern”ə uduzub – 0:1. Həmin matçı 75800 tamaşaçı izləyib ki, bu da Azərbaycan futbolunun rekordundan az qala 3 dəfə çoxdur. Həmin rekord isə “Bakı”nın kubok qazandığı son finala təsadüf edib – 26000.