Julio Sezar Bakıda ev axtarır
05.08.2010 - 15:05
“Bakı” klubunun müqavilə bağlamaq istədiyi braziliyalı futbolçu Julio Sezarın Azərbaycana səfərinin vaxtı dəqiqləşib. Bu barədə apasport.az saytına paytaxt təmsilçisinin vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, vaxtilə “Real” və “Milan”da oynamış təcrübəli müdafiəçi şənbə günü ölkəmizə gələcək. Bununla belə, Sezar köməkçisini Bakıya göndərib: “O, Bakıda Sezarın ailəsinin qalacağı ev və övladlarının oxuyacaqları məktəbləri nəzərdən keçirir. Julio ailəsi ilə birgə İspaniyanın paytaxtı Madriddə yaşayır. O, iki övladını Bakıda ingilis dilli məktəbdə oxutdurmaq fikrindədir. İnternetdə bununla maraqlanaraq, iki-üç varianta göz qoyub. İndi bunlar arasında seçim etdikdən sonra qərarlarını verəcəklər. Sezar uşaqlarının harada təhsil alacağını dəqiqləşdirəndən sonra evi də müəyyənləşdirəcək. Bunun məktəbə yaxın yerdə olması nəzərdə tutulub”.
Afşar Sezarın birbaşa müqavilə bağlamağa gəldiyini yenidən təsdiqləyib: “O, şənbə günü gəlib oyuna da baxacaq. Julio komandamızın yeni çempionatın ilk turunda AZAL klubu ilə görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda izləməyi planlaşdırıb”.
Qeyd edək ki, Sezar 1999/2000 mövsümündə Madrid “Real”ın heyətinin Çempionlar Liqasını qazanıb.

0
0