“Visla”nın hücumçusu nə havadan çəkinir, nə də azarkeşlərdən
05.08.2010 - 15:44
“Əlbəttə, Bakıdakı hava bizim müttəfiqimiz olmayacaq. Azarkeşlərə gəlincə, bundan da çox tərəfdar qarşısında oynamışıq. Ona görə də bu, bizim üçün müzakirə olunası məsələ deyil”. Apasport.az saytının məlumatına görə, bunu “Visla”nın hücumçusu Pavel Brozek deyib.
Avroliqada “Qarabağ”la bugünkü cavab görüşü öncəsi rəqibin əsas qol ümidlərindən olan futbolçu komandamızın qapısına yol tapmaq istəyir. Hər halda, “Visla” evdə 0:1 hesabı ilə uduzduğu üçün Tofiq Bəhramov adına Respublika stadionunda mütləq qalib gəlməlidir. İndi polşalıların məşqçiləri və futbolçuları üçün əsas mövzu rəqibdən daha çox Bakıdakı isti hava və möhtəşəm azarkeş dəstəyidir. Elə Brozek də buna diqqəti yetirsə də, “Qarabağ”ı da qiymətləndirir: “Sözsüz ki, bu oyun da Krakovda olduğu kimi çətin və vacibdir. Mən fikirləşmirəm ki, “Qarabağ” yalnız müdafiə olunacaq. Biz isə mövqeyə uyğun hücum futbolu oynayacağıq”.
Hücumçunun sözlərinə görə, səfər oyununda daha gümrah çıxacaqlar: “Son günlərdə bir az təravətlilik, dinamiklik almışıq. Bu, bizə ilk oyunda çatmırdı. Ümid edirəm ki, bu, bugünkü görüşdə özünü göstərəcək. Biz itkilərimizi kompensasiya edib, növbəti mərhələyə çıxmaq üçün mümkün hər şeyi edəcəyik. Biz özümüzə güvənib, gücümüz daxilində oynamalıyıq. Krakovdakı məğlubiyyətin əvəzini çıxa bilərik”.

0
0