Azərbaycan futbolunun 1 nömrəsi
12.08.2010 - 14:30
Bu gün “Xəzər Lənkəran” klubunun həkimi Boris Xetaqurov yubileyini qeyd edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan idman tibbinin rəmzi olan mütəxəssis 70 il əvvəl Bakıda doğulub. Ömrünün yarıdan çoxunu futbolda keçirən Xetaqurov uzun illər “Neftçi”nin, sonra isə yığmanın əvəzolunmaz həkimi olub.
Lakin müəyyən səbəblərdən hər ikisi ilə yollarını ayıran yubilyar artıq neçə vaxtdır lənkəranlı futbolçuların sağlamlığının keşiyindədir. Əslində, o yalnız kağız üzərində “Xəzər Lənkəran”ın həkimi sayılsa da, ölkəmizin hər yerindən olan futbolçular da, həmkarları da çətin məsələlər üçün məhz Xetaqurovun yanına gəlirlər. Axı mütəxəssis bir klubun deyil, bütün ölkənin bir nömrəli futbol həkimidir.
Valideynlərinin yolu ilə gedib, onlar kimi həkim olan Xetaqurov 1964-cü ildə Tibb İnstitutunu bitirib. Tezliklə ona “Neftçi”də çalışmağı təklif edirlər. Əvvəllər idmanın müxtəlif növləri ilə məşğul olan həkim “ağ-qaralar”a elə bağlanır ki, bu komandadan ayrılmağı uzun illər boyu heç ağlına belə gətirmir. Hələ 1966-cı ilin SSRİ çempionatının bürünc mükafatını da qazanan mütəxəssis ömrünün yarıdan çoxunu elə “Neftçi”də qaldı. Bu müddətdə Azərbaycanın “Əməkdar həkim” adını da alan Xetaqurov təkcə postsovet məkanı deyil, bir sıra xarici ölkələrdə də yaxşı tanınır.

0
0