“Neftçi”nin sabiq baş məşqçisi Özbəkistan klubunda
12.08.2010 - 14:46
“Neftçi”nin keçmiş baş məşqçisi Anatoli Demyanenko özünə yeni iş yeri tapıb. Apasport.az saytının xəbərinə görə, ukraynalı çalışdırıcı Özbəkistan çempionatında mübarizə aparan “Nasaf” klubunun sükanı arxasına keçib. O, baş məşqçi postunda istefaya göndərilən Viktor Kumikovu əvəzləyib.
Xatırladaq ki, Demyanenko 2008-ci ilin yanvarından avqustun sonlarına kimi “Neftçi” klubunu çalışdırıb.
Xatırladaq ki, Demyanenko 2008-ci ilin yanvarından avqustun sonlarına kimi “Neftçi” klubunu çalışdırıb.
0
0