Bundestimdə qalmaqal: Ballak komanda yoldaşının ailəsini dağıtdı
13.08.2010 - 09:42
Almaniya futbolunda yeni qalmaqal yaşanır. Apasport.az saytının xəbərinə görə, ölkə yığmasının kapitanı, Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Mihael Ballakla onun “Bavariya”dakı sabiq komanda yoldaşı Kristian Lell arasında münaqişə var.
İş ondadır ki, 33 yaşlı Ballak "Herta"nın 25 yaşlı müdafiəçisinin nişanlısı ilə əylənir. 23 yaşlı Daniela iki ildən də çoxdur ki, Lellə tanışdı və onlar evlənməyə hazırlaşırlar. Lakin hamiləliyin 6-cı ayında olan Daniela Lelli tərk edərək, Ballakın villasına köçüb. "Ballak elə düşünür ki, ona hər şey olar. O, həyatıma müdaxilə edərək, həyatımı alt-üst etdi" – deyə, Lell bildirib.
Maraqlıdır ki, Kristian Lellə nişanlanana qədər Daniela Almaniya yığmasının digər futbolçusu Bastian Şvaynştaygerlə görüşürdü. Ballak isə 32 yaşlı Simona ilə evlidir.
"Bavariya"da belə qalmaqal ilk dəfə yaşanmır. 1990-cı illərin sonlarında münhenlilərin kapitanı Ştefan Effenbernq komanda yoldaşı, müdafiəçi Tomas Ştrunsun arvadı Klaudia ilə aşiq-məşuq idi.

0
0