Atası Vaqif Cavadovun “Qarabağ” klubuna dönməsinin əleyhinədir
13.08.2010 - 10:04
“Oğlumun “Qarabağ”a keçidi hələ dəqiqləşməyib. O, dünən Hollandiyaya yola düşüb və hazırda “Tvente”nin düşərgəsindədir. Vaqiflə söhbətimiz olub və hələlik hansısa komandaya keçməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun atası Füzuli Cavadov deyib.
Bu ilin qışında “Tvente”yə keçən, amma orada əsas heyətə düşə bilməyən Vaqif Cavadov ehtiyatda qalmaq niyyətində deyil. Buna görə də komandanın baş məşqçisi ilə görüşən hücumçu ona şans verilməsini istəyib. Görünür, hadisələrin gedişi 21 yaşlı oyunçunu qane etmədiyindən onun başqa komandaya keçəcəyi istisna deyil. Hazırda Cavadovun keçmiş klubuna, “Qarabağ”a dönməsi gündəmdədir. Ancaq Vaqifin atası oğlunun ölkəmizə dönməsinin əleyhinədir: “Vaqif Hollandiyada qalmalıdır. Əgər baş məşqçi onun xidmətində maraqlı deyilsə, “Tvente”dən bir qədər zəif klublar var ki, onunla maraqlanırlar. Həmin təklifləri dəyərləndirmək olar. İndi ad çəkmək istəmirəm, çünki ortada real heç nə yoxdur. Məsələyə, bu gün və ya sabah tam dəqiqlik gələcək”.

0
0