“Azərbaycan yığmasının hücumçusu – bu, mənə heç nə demir”
13.08.2010 - 10:31
“Azərbaycan yığmasının hücumçusu – bu, mənə heç nə demir”
“Yalnız adlı-sanlı futbolçuları baxmadan komandama götürə bilərəm. Məsələn, Azərbaycan yığmasının hücumçusu – bu, mənə heç nə demir. Kimisə almazdan əvvəl uzun müddət baxışdan keçməlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Krılya Sovetov klubunun baş məşqçisi Aleksandr Tarxanov deyib.

Tanınmış mütəxəssis Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun karyerasını Samara təmsilçisində davam etdirməsi perspektivinə aydınlıq gətirib: “Komandadakı serbləri baxmadan götürüblər. Mənim çalışdığım dövrdə belə şey olmayacaq. Futbolçuya baxmalıyam, görüm, bizə yarayacaq, səviyyəsini artıracaq, yoxsa yox. Məsələn, Kovbu və Karyaka kimi oyunçuları yalnız iki ay sınadıqdan sonra komandaya götürdüm. Elə indi də belə olacaq”.

Tarxanov Cavadovun Bakının “İnter” klubunda çıxış edən litvalı Robertas Poşkus səviyyəsində olmasını istəyir: “Biz həm hücum etməyi, həm də müdafiə olunmağı bacaran futbolçu axtarırıq. Məsələn, Poşkus və Qauşonun vaxtında onlar bütün zonaları bağlayırdılar. Bu da nəticə verirdi. Bizə belə hücumçu lazımdır”.