Milli komandamız hazırlığa başlayır
13.08.2010 - 10:43
Milli komandamız hazırlığa başlayır
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sabahdan təlim-məşq toplanışına başlayır. Apasport.az saytının məlumatına görə, avqustun 21-dək hazırlıq keçəcək yığmamızın düşərgəsinə 22 futbolçu çağırılıb.

Baş məşqçi Adil Şükürov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq edəcək milliyə ölkə xaricində çıxış edən 3 oyunçunu da çağırıb. Onlar Rusiya, Ukrayna və Moldova çempionatlarını təmsil edirlər. Heyətə çağırılan futbolçular isə bunlardır: Oruc Balaşlı (“Simurq”), Tural Məmmədli, Elşən Abdullayev, Cavid Muxtarzadə, Məqsəd İsayev, Emil Balayev, Taleh Kərimov, Samir Rüstəmli (hamısı “Neftçi”), Rəşad Əzizov, Fuad Bayramov, Azər Salahlı (hamısı “İnter”), Elnur İsmayılov (“Daçiya”, Moldova), Tural Hümbətov (“Zenit”, Rusiya), Mahir İbrahimov, Mətin Əbilsoy, Vadim Abdullayev, Nurlan Əhmədov (hamısı “Bakı”), Orxan Həsənli (“Metallurq”, Donetsk, Ukrayna), Haqverdi Yusifov (klubsuz), Teymur Quliyev (“Standard”), Fərid Əliyev, Orxan Əsgərov (hər ikisi “Ağstafa gəncləri”).