Musa Süleymanov: Onlar Azərbaycana gəlməyə bir qədər ehtiyatlanırlar
13.08.2010 - 11:06
“Gürcüstanda olarkən, 3 futbolçu ilə danışıqlar apardıq. Onlardan ikisi hücumçu, biri isə yarımmüdafiəçidir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.
Bir müddət əvvəl Gürcüstana yollanan və bir neçə futbolçu ilə danışıq aparan klub rəsmisi qonşu ölkənin yığma komandasının iki üzvünü “Turan”da görmək istəyir. Artıq həmin oyunçularla danışıq da aparılıb. Ancaq gürcülər ölkəmizə gəlməkdə bir qədər tərəddüd edirlər. Səbəbinə gəldikdə, Süleymanov belə izah edib: “Onlar yığmanın oyunçularıdır. Söhbət zamanı məlum oldu ki, həmin futbolçular ölkəmizə gəlməkdən bir qədər ehtiyatlanırlar. Formalarını itirməkdən çəkinirlər. Biz onlardan cavab gözləyirik. Yaxın 2-3 gün ərzində fikirlərini bildirəcəklər”.

0
0