Avropada talisman hazırlayan tapılmadı
13.08.2010 - 17:11
Avropada talisman hazırlayan tapılmadı
2012-ci Avropa çempionatının talismanının təqdimatı noyabr ayında keçiriləcək. Apasport.az saytının məlumatına görə, Poznan şəhərində baş tutacaq tədbirdə nümayiş olunacaq talisman okeanın o tayından gələcək. Belə ki, Avro-2012-nin rəmzlərindən olacaq bu qonaq ABŞ-ın məşhur “Uorner Brazzers” şirkəti tərəfindən hazırlanır.

Qitə birinciliyi ilə bağlı bütün hüquqlara sahib olan UEFA talismanın layihəsinin və özünün yaradılmasını bu şirkətə həvalə edib. Hazırlanacaq rəmzdə təşkilatçı ölkələrin hər ikisinin mədəniyyətini əks etdirən elementlər əks olunacaq.