Azərbaycanlı futbolçular Millətlər Kubokunda ikinci yeri tutdular
13.08.2010 - 18:13
Azərbaycanlı futbolçular Millətlər Kubokunda ikinci yeri tutdular
Rusiyanın Ulyanovsk vilayətində təşkil olunan çimərlik futbolu üzrə Millətlər Kuboku turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda bölgədə yaşayan millətlərin nümayəndələrindən ibarət komandalar iştirak edib. Ulyanovsk vilayətində yaşayan həmyerlilərimizdən təşkil olunan “İnter” komandası da turnirdə mübarizə aparıb.

Komandamız yalnız finalda uduzaraq, ikinci yerlə kifayətlənib. “İnter”in qarşısını qalib adını qazanan çuvaşlar kəsib – 3:1. III yer uğrunda oyunda isə Qanadan olan tələbələrin yığması ruslardan təşkil olunan “Yüz pud” komandası ilə qarşılaşıb. Afrikalılar bu matçda darmadağına seviniblər – 5:0.