“Muğan” çempionla müqavilə bağladı
13.08.2010 - 17:57
“Muğan” çempionla müqavilə bağladı
Salyanın “Muğan” klubu daha bir transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, uruqvaylı yarımmüdafiəçi Anhel Qutyerres Salyan təmsilçisinin şərəfini qoruyacaq. Bu gün klubla futbolçu arasında 1 illik müqavilə imzalanıb.

“Muğan” uruqvaylının Azərbaycan karyerasında üçüncü klub olacaq. Son mövsümdə “İnter”in heyətində ölkə çempionu olan cənubi amerikalı bunadək 2 mövsüm “Standard”ın uğurları üçün çalışmışdı.

Qeyd edək ki, o, bu gündən etibarən “Muğan”ın heyəti ilə birgə məşqlərə qatılacaq.