Milli komandamız “Ayntraxt”a uduzdu
13.08.2010 - 21:26
Almaniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama oyunu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən xəbərə görə, Frankfurtun “Ayntraxt” klubunun nəzdindəki U-23 komandası ilə qarşılaşan yığmamız 2:4 hesabı ilə məğlub olub. Komandamızın qollarını Ruslan Qurbanov və Şəhriyar Xəlilov vurub.
0
0