Türk futbolunun ən dəyərliləri
13.08.2010 - 23:26
Türk futbolunun ən dəyərliləri
Türkiyə Superliqasında 2010/11-ci illər mövsümündə mübarizə aparacaq 18 klub arasında ən dəyərli heyətə "Fənərbaxça" malikdir. Apasport.az saytının xəbərinə görə, Türkiyədə transfer qiyməti ən çox olan futbolçu isə "Qalatasaray"ın ulduzu Arda Turandır.

"Sarı-lacivərd" komandanın hazırda heyətində olan futbolçuların toplam transfer qiymətləri 133,4 milyon avrodur. "Qalatasaray" heyətin dəyəri baxımından 2-ci, "Beşiktaş" isə 3-cü yerdədi.

Superliqadakı klubların heyətlərinin dəyəri baxımından ilk "onluğ"u belədi:

1. "Fənərbaxça" - 133,4 milyon avro
2. "Qalatasaray" - 106,4 milyon
3. "Beşiktaş" - 93,105 milyon
4. "Trabzonspor" - 64,8 milyon
5. "Bursaspor" - 51,45 milyon
6. "Eskişehirspor" - 30,45 milyon
7. "Gənclərbirliyi" - 30 milyon
8. "Ankaragücü" - 29,7 milyon
9. "Qaziantepspor" - 28,3 milyon
10. "Sivasspor" - 26,35 milyon

Klubların futbolçuları arasında transfer dəyəri ən çox olanların reytinqinə başçılıq edən Arda Turanı almaq istəyən komanda "Qalatasaray"a 16 milyon avro ödəməlidir. Reytinq siyahısında ikinci yeri Luqano, üçüncü yeri isə Elano tutur.

1. Arda Turan (Qalatasaray) - 16 milyon avro
2. Dieqo Luqano (Fənərbaxça) - 13,5 milyon
3. Elano Blumer (Qalatasaray) - 12 milyon
4. Əmrə Belozoğlu (Fənərbaxça) - 10,5 milyon
5. Rikardo Kuaresma (Beşiktaş) - 10 milyon
6. Lorik Kana (Qalatasaray) - 10 milyon
7. Aleks de Souza (Fənərbaxça) - 9,5 milyon
8. Bobo (Beşiktaş) - 9,45 milyon
9. Milan Baroş (Qalatasaray) - 9,38 milyon
10. Daniel Quiza (Fənərbaxça) - 9,3 milyon