Vaqif Cavadovun müştəriləri artır
14.08.2010 - 10:15
Vaqif Cavadovun müştəriləri artır
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovu transfer etmək istəyən komandaların sayı artıb. Apasport.az saytının məlumatına görə, Hollandiyada “Tvente”nin heyətinə düşə bilməyən 21 yaşlı hücumçunu sıralarında görmək istəyən komandaların siyahısına bir yerli və iki xarixi klub əlavə olunub.

Sabiq futbolçusunu geri qaytarmaq istəyən “Qarabağ”la yanaşı, “Bakı” da Cavadovu heyətində görmək istəyir. Futbolçunun digər iki “müştərisi” isə Rusiyadandır. Onun agenti ilə danışıqlara başladığı məlum olan “Krılya Sovetov”dan başqa, “Rubin” və “Terek” də Vaqiflə maraqlanmağa başlayıb.

Qeyd edək ki, “Tvente”yə bu ilin yanvarında keçən Cavadov bu komanda ilə 3 illik müqavilə bağlamışdı.