Tunc Afşar voleybolçumuzla evlənir
14.08.2010 - 11:02
“Voleybolçu Natəvan Qasımova ilə ailə həyatı quracağam. Fikrim qətidir. Toyumuz yaxın ayların birində olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar deyib.
Türkiyəli futbol funksioneri Azərbaycan yığmasının üzvü Natəvan Qasımova ilə evlənmək fikrində olduğunu açıqlayıb: “Natəvan xanımla beş ay əvvəl tanış olmuşam. Milli komandanın məşqini izləməyə getmişdim. İlk dəfə orada gördüm. İlk baxışdan vuruldum. Məşqdə ilk diqqətimi çəkən Natəvan oldu. Özünü xanım kimi aparması, bir də, danışığı məni valeh etdi”.
Afşar Qasımova ilə münasibət qurmaqda internetdən də istifadə edib: “Onu əvvəl qiyabi də olsa, tanıyırdım. Keçirdiyi bəzi oyunları izləmişdim. Əsl tanışlığımız “Facebook”dan başladı. Tez-tez internetdə yazışırdıq. Amma ona qarşı bu cür istəyimin olmasını ilk vaxtlar açıqlamadım. Söhbətimiz əsasən voleyboldan, idmandan olurdu. Tanışlığımız beləcə daha da yaxınlaşdı”.
Vitse-prezident belə bir qız tapdığı üçün özünü xoşbəxt sayır: “Sevgi etirafımı anlayışla qarşıladı. Əlbəttə, bunu tanışlığımızın əvvəlində, birdən-birə desəydim, bəlkə də müsbət cavab almazdım. Bir-birimizi yaxından tanımalı idik. Bir neçə söhbətdən sonra əmin oldum ki, o, mənim çoxdandır axtardığım qızdır! Natəvanın gülüşü də, danışığı da səmimidir. Daxili də gözəldir, xarici görünüşü də. İdeal qızı xəyalımda necə təsəvvür etmişəmsə, bütün cəhətlər onda var. Bəxtim gətirib”.
Afşarla Qasımova hər ikisinin vətənində toy keçirmək variantının müzakirələrini hələ də davam etdirirlər: “Toyu harada edəcəyimizi müəyyənləşdirməmişik. Yəqin Bakıda olar. Bu barədə fikirləşmək üçün vaxt var. Natəvan harada istəsə, o cür də edərəm. Lazım gəlsə, lap Türkiyədə də. Orada qohumlarımız çoxdur. İki toy edə bilərik”.
Klub rəsmisinin evlənmək qərarı hamıdan çox onun atasını sevindirib: “Evlənməyim haqda atama və qardaşıma da demişəm. Onlar da çox sevindilər. Ailəmiz mənim evlənməyimi çoxdan istəyir. Evdə dəfələrlə bu haqda söhbətlər gedirdi. Deyirdilər ki, artıq vaxt keçir, özünə yeni həyat qur. Atama deyəndə ki evlənməyə qız tapmışam, məni təbrik etdi. Onun bir arzusunu da həyata keçirdim. Qardaşım da seçimimi alqışladı. Hər ikisi dedi ki, kiminlə xoşbəxt olacaqsansa, onunla da evlən. Bilirsiz, bizlərdə adət-ənənə bir qədər fərqlənir. Ailə həyatına heç kim qarışmır”.

0
0