Mişel Pryudom Vaqif Cavadovun Bakıya gəlməsinə təəssüflənir
14.08.2010 - 11:09
Mişel Pryudom Vaqif Cavadovun Bakıya gəlməsinə təəssüflənir
“Biz yalnız cümə günü demək olar ki, tam heyətlə məşq keçə bildik. Milli komandaların düşərgəsinə yollanan 11 futbolçumuzdan 9-u artıq bizimlə idi. Yalnız Parker və Ruis bu hazırlıqda iştirak etmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiyanın “Tvente” klubunun baş məşqçisi Mişel Pryudom deyib.

Belçikalı mütəxəssis Hollandiya çempionatının II turunun “Herenven”lə oyunu ərəfəsində fikirlərini açıqlayıb. Pryudom Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov da daxil olmaqla, bir sıra oyunçularının hazırlıqlarda iştirak etməməyindən gileylənib: “Yığmadan qayıdan oyunçularımız yaxşı vəziyyətdədirlər və ən əsası onların heç biri yorğun deyil. Onların “Herenven”lə oyunun hazırlıqlarında tam iştirak etmədiyinə təəssüflənirəm. Lakin məsələnin başqa bir tərəfi də var. Elə klublar var ki, 2-3 yığma oyunçusu var. “Tvente”də 11 belə futbolçunun olması isə səviyyəmizi göstərir”.

Qeyd edək ki, bu gün keçiriləcək “Tvente” – “Herenven” qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu görüş üçün “18-liy”i açıqlayan Pryudom həmyerlimizin adını ora daxil etməyib.