“Biz azarkeşləri stadiona öz oyunumuzla gətirmək fikrindəyik, lotereya ilə yox”
14.08.2010 - 23:05
“Azarkeşlər futbolda çox önəmli amildir. Onların stadiona gəlməsi bizi də maraqlandırır”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
O bildirib ki, əksər oyunlarda demək olar ki, boş tribunalar önündə keçirilməsi “Neftçi” rəhbərliyini də narahat edir. Lakin bakılılar paytaxtın digər təmsilçisi “Bakı”dan fərqli, azarkeş sayını lotereya və başqa tip aksiyalarla artırmaq fikrində deyil: “Biz də stadionumuza daha çox tamaşaçının gəlməsinə çalışırıq. Bunun üçün “Neftçi” öz oyunu ilə azarkeşləri tribunalara cəlb etməlidir. Yaxşı oyun olandan sonra azarkeşlər də gələcək. Yoxsa ki, lotereya və ya hər hansı başqa aksiya keçirmək fikrimiz yoxdur”.
Sadıqovun sözlərinə görə, azarkeş stadiona uduş naminə deyil, futbol üçün gəlməlidir: “Tamaşaçılar matçın qurtarmağına 10 dəqiqə qalmış gəlib lotereyada iştirak edəcəklər. Əgər belədirsə, onda onları niyə futbola dəvət edirik, lotereyaya dəvət edək də. Biz azarkeşləri stadiona öz oyunumuzla gətirmək fikrindəyik, lotereya ilə yox. Elə buna görə də yenidən Respublika stadionunda oynayırıq. “Neftçi” futbolumuzun flaqmanıdır. Əvvəlki adını, oyununu qaytarmaqla buna da nail olacaq. Azarkeş çox olandan sonra isə başqa aksiyalar da keçirmək olar”.
Qeyd edək ki, “Bakı” klubu Unibank Premyer Liqasının III turundan çempionat oyunlarında lotereya keçirməyə qərar verib.

0
0