“Neftçi”nin prezidenti: Fikrimizdə qələbədən başqa bir şey yoxdur
14.08.2010 - 13:03
“Neftçi”nin ilk turdakı oyunu çox ağır olmuşdu. Bu dəfə isə komandadan qələbə gözləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
Klub rəhbəri Unibank Premyer Liqasının II turunda azarkeşlərinin 3 xala sevinəcəyinə inanır. Sadıqovun fikrincə, bakılılar “Qəbələ” ilə səfər oyununda qalib gəlməlidir: “İlk turda rəqib “Qarabağ” idi. Bu komanda Avropa Liqasında 3 mərhələ keçib. Futbolçularımızda da bir az stress var idi. Həm də ki, Emil Mpenza oyundan bir neçə gün əvvəl komandaya qoşulmuşdu. Ona görə də həmin heç-heçəni qənaətbəxş saymaq olar. İndi isə “Neftçi” yaxşı oyun göstərməlidir. “Qəbələ” ilə matçda komandamızdan həm öz oyununu göstərməsini, həm də qələbə qazanmasını gözləyirəm. Fikrimizdə qələbədən başqa bir şey yoxdur”.
Qeyd edək ki, sabah keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.

0
0