“Mançester Yunayted”dən yeni qərar
14.08.2010 - 13:54
“Mançester Yunayted”dən yeni qərar
İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi yeni qərar verib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın vitse-çempionunun ev oyunlarında vuvuzelaların çalınmasına qadağa qoyulub. Bundan sonra azarkeşlər “Old Trafford” stadionunda bu əcaib çalğı alətinin səsini eşitməyəcək.

Klubdan verilən açıqlamada bu qərarın əksər azarkeşlərin arzusunun nəzərə alındığı bildirilir: “Bu qərarı azarkeşlərimizin fikrinə əsasən vermişik. Biz bilirik ki, bu zurnalar CAR-da keçirilən dünya çempionatında istifadə olunurdu. Lakin bura Premyer Liqadır”.

Qeyd edək ki, “Mançester Yunayted”ə qədər “Arsenal”, “Tottenhem” və “Çelsi” başda olmaqla bir sıra ingilis klubları eyni addımı atmışdı.