“Neftçi” böyük hesabla uduzdu
14.08.2010 - 15:38
“Neftçi” böyük hesabla uduzdu
Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə “Neftçi” klubunun nəzdindəki U-17 komandası arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının xəbərinə görə, qarşılaşma 4:0 hesabı ilə yığmanın xeyrinə başa çatıb. Qolları Namiq Ələsgərov, Vəkil Talıbov, Elvin Camalov və Əziz Qasımov vurublar.