Sakit Alıyev hakimləri günahlandırıb, AZAL-a sataşdı
14.08.2010 - 21:10
“Mübariz komanda formalaşdırmışıq. Amma bu gün hakim oynamağa imkan vermədi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Unibank Premyer Liqasının II turunda AZAL-la görüşdən sonra “Turan” klubunun baş məşqçisi Sakit Alıyev deyib.
Tovuz təmsilçisinin çalışdırıcısı 0:1 hesablı məğlub olmalarında matçın hakimlərini günahlandırıb: “Hakim lazımsız yerdən sarı vərəqlər təyin edirdi. Təmiz qol vurduq amma hesaba almadı. Rəqib legionerlərdən təşkil olunanda nə olar, gərək qələbə qazansınlar? Niyə imkan vermirlər ki, bizim uşaqlar da oynasınlar? Onları niyə sındırırlar?”
Qeyd edək ki, AZAL- “Turan” matçını Əfqan Həmzəyev idarə edib.

0
0