Nazim Süleymanov: Futbolçularımız eyforiyaya qapılmışdılar
14.08.2010 - 21:15
Nazim Süleymanov: Futbolçularımız eyforiyaya qapılmışdılar
“Qələbə qazandıq və buna sevinirəm”. Apasport.az saytının xəbərinə görə, bunu AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

Unibank Premyer Liqasının II turunda da qələbə qazanan paytaxt təmsilçisi turnir cədvəlində liderliyə yüksəldi. Amma Süleymanov qələbənin asanlıqla qazanılmadığını bildirib: “Futbolçular ilk turda “Bakı” ilə oyundan sonra eyforiyaya qapılmışdılar. Sakit Alıyev yaxşı komanda formalaşdırıb. “Turan”la oyunumuz həmişə çətin alınır. Hakimliklə bağlı heç nə deyə bilmərəm”.