Branimir Subaşiç Superliqada ehtiyatda qaldı
14.08.2010 - 23:11
Futbol üzrə Serbiya Superliqasına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Srvena Zvezda” klubu ilk turda “Smederevo”nun qonağı olub. Belqrad təmsilçisi səfər matçında 1 xalla kifayətlənməli olub – 0:0. Branimir bu görüşdə meydana çıxmayıb.
Qeyd edək ki, Subaşiç cari mövsümdə “Srvena Zvezda”nın yalnız bir oyununun iştirakçısı olub. O, Avropa Liqasının Slovakiya “Slovan”ı ilə cavab matçının son 9 dəqiqəsində özünü göstərmək imkanı qazanıb.

0
0