Vaqif Cavadovun komandası heç-heçələrı sıralayır
15.08.2010 - 00:43
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu Hollandiyanın “Tvente” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi ölkə çempionatının ikinci turunda “Herenven”lə qarşılaşıb. Bu matç Hollandiya çempionunu yeni mövsümdə ilk ev qarşılaşması olsa da “Tvente” doğma azarkeşlərini sevindirə bilməyib. Cavadovun adının “18-liy”ə belə daxil edilmədiyi görüş qolsuz heç-heç ilə nəticələnib.
Qeyd edək ki, Superkuboku qazandıqdan sonra ikinci oyununu keçirən “Tvente” ilk turda da meydanı 0:0 hesabı ilə tərk etmişdi. Enshedelilər ötən həftə səfərdə “Roda” ilə oyunda 1 xalla kifayətlənmişdilər.

0
0