Mario Souza çempionu zirvədə saxladı
16.08.2010 - 11:13
Unibank Premyer Liqasında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan 5 qarşılaşmada maraqlı tendensiya yaşanıb. Heç-heçə qeydə alınmayan turda meydan sahibləri 1, qonaqlar isə 2 cavabsız qolla qalib gəliblər.
AZAL və “İnter”in evdə qazandığı minimal hesablı qələbələr bu komandalar üçün ardıcıl ikinci uğur olub. Bundan başqa, səfərdə 3 xal əldə edən “Xəzər Lənkəran” 6 xalla liderlər qrupunda yer alıb. Növbəti turda qarşılaşacaq “İnter” və Lənkəran təmsilçisi hələ də qol buraxmayıblar.
Sensasiyaya imza atan “Muğan” isə “Bakı”nı ardıcıl ikinci məğlubiyyətlə barışdırıb. “Neftçi” isə Qəbələyə səfərində Toni Adamsın yenidən xalsız qalmasına səbəb olub. İngilis mütəxəssis də “Bakı”dakı həmkarı Vinfred Şafer kimi Premyer Liqada xal üzünə həsrətdir.
Bu turda həm də bir sıra futbolçuların yeni klubunda ilk dəfə qol vurması ilə əlamətdar oldu. Mario Souza “İnter”də, Anxel Qutyerres “Muğan”da, Elnur Allahverdiyevlə Dieqo Ruis “Xəzər Lənkəran”da, Bahodir Nasimov “Neftçi”də qol hesabını açdı.
Qeyd edək ki, II turun “Qarabağ” – “Gəncə” oyunu təxirə salınıb.
Unibank Premyer Liqası
II tur
14 avqust (şənbə)
AZAL - "TURAN" – 1:0
Qol: Draqan Mandiç, 69
Hakimlər: Əfqan Həmzəyev, Habil Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev
Bakı. "Şəfa" stadionu
15 avqust (bazar)
"QƏBƏLƏ" - "NEFTÇI" – 0:2
Qollar: Rəşad Abdullayev, 69, Bahodir Nasimov, 76
Hakimlər: Anar Salmanov, Orxan Məmmədov, Mehman Mahmudov, Ceyhun Haşımov
Qəbələ. Şəhər stadionu
"MUĞAN" - "BAKI" – 1:0
Qol: Anxel Qutyerres, 70
Hakimlər: Elnur Muradov, Elman Musayev, Eldar Nağıbəyov, Fariz Yusifov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
"SIMURQ" - "XƏZƏR LƏNKƏRAN" – 0:2
Qollar: Elnur Allahverdiyev, 6, Dieqo Ruis, 48
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, İlham Əliyev, Fuad Həsənov
Zaqatala. Şəhər stadionu
"İNTER" – MOİK – 1:0
Qol: Mario Souza, 89-pen.
Hakimlər: Rauf Cabbarov, Aydın Ələkbərov, Elşən Acalov, Vüsal Əliyev
Bakı. "Şəfa" stadionu
Bombardirlər: Qvidas Yuşka (AZAL), Jaba (“Bakı”), Bahodir Nasimov (“Neftçi”), Anar Qasımov (MOİK) – 2.

1 | "İnter" | 2 | 2 | 0 | 0 | 4-0 | 6 |
2 | "Xəzər Lənkəran" | 2 | 2 | 0 | 0 | 3-0 | 6 |
3 | AZAL | 2 | 2 | 0 | 0 | 4-2 | 6 |
4 | "Neftçi" | 2 | 1 | 1 | 0 | 3-1 | 4 |
5 | MOİK | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
6 | "Muğan" | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
7 | "Gəncə" | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
8 | "Qarabağ" | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
9 | "Simurq" | 2 | 0 | 1 | 1 | 1-3 | 1 |
10 | "Bakı" | 2 | 0 | 0 | 2 | 2-4 | 0 |
11 | "Qəbələ" | 2 | 0 | 0 | 2 | 0-3 | 0 |
12 | "Turan" | 2 | 0 | 0 | 2 | 0-4 | 0 |

0
0