“Muğan” – “Bakı” statistikada
15.08.2010 - 10:24
Bu gün Unibank Premyer Liqasında “Muğan”la qarşılacaq “Bakı” səhər saatlarında oyunun keçiriləcəyi Salyan şəhərinə yola düşüb. Apasport.az saytının xəbərinə görə, baş tutacaq bu qarşılaşma rəqiblərin 5-ci dueli olacaq.
2008/2009-cu il mövsümündə yüksək liqaya vəsiqə qazanan "Muğan" bu günə qədər "Bakı" ilə 4 dəfə qarşılaşıb. Bütün oyunlar ölkə çempionatı çərçivəsində baş tutub.
Maraqlıdır ki, "Bakı" "Muğan"la keçirdiyi oyunlarda qapısından qol buraxmayıb. 4 oyundan ikisi paytaxt klubunun böyük hesablı qələbəsi ilə tarixə düşüb. "Bakı" rəqibini 2 dəfə 4:0 hesabı ilə məğlub edib.
Komandaların ilk rəsmi qarşılaşması 2008-ci ilin 29 noyabr tarixində Salyanda keçirilib. "Bakı" həmin oyunda meydan sahiblərinin qapısından 4 cavabsız top keçirib. Həmin mövsümün cavab oyununda (17 may 2009) da eyni hesab qeydə alınıb. "Bakı" yenə də 4:0 hesabı ilə qalib gəlib.
Ötən mövsüm komandalar daha 2 dəfə qarşı-qarşıya gəliblər. 22 noyabr 2009-cu il tarixdə Salyanda keçirilən oyun "Bakı"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 20 fevral 2010-cu ildə Tofiq Bəhramov adına Respublika stadionunda oynalınan qarşılaşmada isə qapılara qol vurulmayıb 0:0.
Vurulan və buraxılan topların nisbəti, təbii ki, "Bakı"nın xeyrindəir 9:0.
Cari mövsümə gəldikdə isə, komandalar ilk turu xalsız başa vurublar. "Bakı" öz meydanında "AZAL"a (2:3), "Muğan" isə səfərdə "MOİK"ə (2:3) məğlub olub.

0
0