“Xəzər Lənkəran”da yeni qolçular
16.08.2010 - 11:43
“Xəzər Lənkəran”da yeni qolçular
Unibank Premyer Liqasının II turu “Xəzər Lənkəran”ın futbolçuları Elnur Allahverdiyev və Dieqo Ruis üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bu futbolçular yeni komandasının heyətində ilk qollarını vurublar.

Zaqatalada “Simurq”la qarşılaşmayadək “Xəzər Lənkəran”ın tarixində 50 futbolçu qol sevinci yaşamışdı. Elnur bu siyahıda 51-ci, Dieqo isə 52-ci olub. Sonuncu həm də buna nail olan 30-cu legioner sayılır. Çünki ona qədər 29 əcnəbi “Xəzər Lənkəran” üçün qol vurmuşdu.

Komandanın tarixinə ilk argentinalı kimi düşən Ruis həm də bu ölkə nümayəndələrinin “Xəzər Lənkəran” üçün vurulan ilk qolunun müəllifi olub. İndiyədək “Xəzər Lənkəran”da təmsil olunan 23 ölkədən yalnız 14-nün futbolçuları burada qol vurmağı bacarıb. Daha çox – 6 Braziliya vətəndaşı buna nail olub. Onlar say göstəricisində də xarici ölkələr arasında birincidir – 53 qol.

Mənbə: lankaranfc.com