Yığmamız yoldaşlıq oyunu üçün rəqib tapdı
16.08.2010 - 13:06
Təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq matçında qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, Adil Şükürovun rəhbərlik etdiyi komanda “Neftçi” klubunun nəzdindəki U-19-la üz-üzə gələcək. Qarşılaşma sabah saat 10:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0