Azərbaycan milli komandasının üzvü qitənin ən güclüsüdür
16.08.2010 - 13:15
Basketbol üzrə Avropa çempionatının B divizionunda keçirilən növbəti oyunlardan sonra ən çox xal qazanan basketbolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu siyahıya Albaniya və Belarusu məğlub edən Azərbaycan milisinin amerikalı legioneri Çarlz Devis başçılıq edir. Onun aktivində 53 xalı var. Təmsilçimizi 41 xalla isveçli Jerebko Jonas izləyir.
Komandamızın üzvlərindən Fuad Niftəliyev 4-cü (37 xal), Zaur Paşayev 12-ci (24 xal), Aleksandr Rındin 38-ci (17 xal), Rasim Başak 24-cü (14 xal), Tahir Baxşiyev 27-cidir (13 xal).
Qeyd edək ki, basketbolçularımız keçirdikləri 2 oyundan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. İlk yeri tutan rumınlar yığmamızı top fərqinə görə qabaqlayırlar.

0
0